Paytaxtda 2 nəfər yaşadıqları evdə dəm qazından boğularaq dünyasını dəyişib.
Xezerxeber.az xəbər verir ki, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsindəki mənzildə 48 yaşlı Quliyev Elnur Rəhman oğlu və 23 yaşlı Əliyev Elşən Hüseyn oğlu dəm qazından zəhərlənərək ölüblər.
Qonşuların sözünə görə, mərhumlar sözügedən fərdi yaşayış evində müvəqqəti yaşayırdı.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: