Gələn ilin yanvar ayından bir çox qanunlar qüvvəyə minir.
Xezerxeber.az xəbər verir ki, bu qanunlar sosial, iqtisadi və hərbi də daxil olmaqla əksər sahələri əhatə edəcək.
Ərazi bütövlüyü və suverenliyin bərpasına nail olunan bu ildə hərbçilərlə bağlı da bir sıra yeniliklər var. Belə ki, bir sıra qurumların hərbi qulluqçularının pensiyası artacaq. Pensiyaya çıxmaq üçün tələb edilən xidmət müddəti isə 5 il artırılaraq 25 təqvim ilinə çatdırılır. Xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizi də 50 faizdən 65 faizə qaldırılır.
Avtomobil almaq istəyənlər üçün də yenilik var. Gələn aydan 2014-cü ilə qədər istehsal olunmuş avtomobillərin idxalına məhdudiyyət qoyulacaq. Yeni ildən sərnişindaşıma fəaliyyəti ilə bağlı da qanunvericilik mexanizmi sərtləşdirilir.
Həmçinin, 10 ildən çoxdur ki, müzakirə edilən "Rəqabət məcəlləsi" də yanvarın 1-dən qüvvəyə minir.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: