Bakının Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində 5 mərtəbəli binada yaşayan sakinlər iddia edir ki, 1950-ci illərdə tikilən binanın 1-ci mərtəbəsində qanunsuz olaraq söküntü işləri aparılır.
Xezerxeber.az xəbər verir ki, binanın qəzalı vəziyyətə düşməsindən narahat olan sakinlər aidiyyəti qurumları da məlumatlandırıb. Amma onların səsinə səs verən olmayıb.
“Xəzər Xəbər” məsələni araşdırmaq üçün 33 saylı Mənzil-Kommunal İstismar sahəsinə yollanıb. Əlavə olaraq Nəsimi rayon İcra Hakimiyyətindən də məsələyə münasibət bildirilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: