Magistr, elmlər doktoru, fəlsəfə doktoru dissertasiyası, dosent və hətta professor monoqrafiyaları iddiaçının özü yox, başqası tərəfindən yazıla bilir.
Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə bu xidmətləri göstərən onlarla səhifə mövcuddur.
“Özümüzü doktorant kimi təqdim edib bu qanunsuz fəaliyyət göstərən səhifələrin biri ilə əlaqə saxladıq. Qarşı tərəf bildirdi ki, hər şey gizlin formada və tam zəmanətli həyata keçirilir. Telefon danışığından belə anladıq ki, kim istəsə elmi işini pul verib yazdıra bilər. Əgər elmi dərəcə və elmi ad oxumadan, əziyyət çəkmədən pulla alına bilirsə, deməli ölkədə yetərincə saxta dosentlər, fəlsəfə doktorları və professorlar var.”
Məsələyə Prezident yanında Ali Attestasiya Komissiyası münasibət bildirib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: