Xəzər Xəbər

Telefon isitfadəçilərinin şəxsi məlumatları TƏHLÜKƏDƏ – NƏ ETMƏLİ? VİDEO

Veb TV | 20:50 • 27 Dekabr 2023
Telefon isitfadəçilərinin şəxsi məlumatları TƏHLÜKƏDƏ – NƏ ETMƏLİ?

Smartfonlarda istifadəçilərin pin kodlarını oğurlayan virus yayılıb.

Xezerxeber.az xəbər verir ki, PIN kodları və digər şifrələri oğurlamaq üçün barmaq izi və ya üz tanıma funksiyasından istifadə edərək "Android" əməliyyat sistemi ilə işləyən smartfonlarda əsas ekranın kilidinin açılmasının qarşısını alan yeni növ "Chameleon" zərərli proqram təminatı yayılır.

Mütəxəssislər bildirib ki, virus telefonda uzun müddət qeyri aktiv qalır. Unudulduqdan sonra isə öz işinə başlayır.

İKT  üzrə ekspert Fərhad Mirəliyev bildirib ki, virusun əsas hədəfi istifadəçinin elektron pul hesablarıdır.

Fərhad Mirəliyev bildirib ki, virusdan qorunmağın əsas yolu google təhlükəsizlik sistemini hər zaman aktiv saxlamaq və kənar qaynaqlardan "apk" faylları yükləməməkdir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar