34 yaşlı şəxs küçədə qətlə yetirilib.
Xezerxeber.az xəbər verir ki, ağır cinayət gecə paytaxtın Nərimanov rayonu Mirzə Uluqbəy küçəsində baş verib. 34 yaşlı Etibar Əliyevin öldürülməsi barədə rayon hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Şahidlərin sözünə görə, qətlə yetirilən Etibar Əliyev yaxınlıqda avtoyuma, Elşən Nəbiyev isə kafe işlədirmiş.
Faktla bağlı rayon prokurorluğunda Elşən Nəbiyev barəsində ''qəsdən adam öldürmə'' maddəsilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam edir.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: