Ağdamda minaya düşən şəxs Bakıya təxliyə olunub.
Xezerxeber.az xəbər verir ki, 41 yaşlı Zaur Mahmudov ilkin müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Tibb Universitetinin klinikasına yerləşdirilib.
Ailəsi deyir ki, zaurun ən böyük arzusu Vətən Müharibəsində iştirak etmək olub. Ancaq bu mümkün olmadığından o vətənə xidmət üçün Azərbaycan Minatəmizləmə Agentliyinin sıralarında özünə yer tapıb.
Zaurun balaca oğlu və qızı da ataları ilə fəxr etdiyini və onun yolunu gözlədiklərini deyir.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: