Yeni binalar tikilir, kənd və qəsəbələr salınır, infrastruktur layihələri icra edilir.
Xezerxeber.az xəbər verir ki, media nümayəndələri ilk olaraq yeni açılışı olan "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Ağdam" qovşaq yarımstansiyasında olublar.
Bu arada Ağdamda 4-cü yaşayış kompleksi 14 hektara yaxın ərazidə salınacaq. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Yaşayış komplekslərində idman meydançalarının, istirahət guşələrinin və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulub.
Ağdamda tarixi ənənələri qorumaqla müasir üslubda kəndlər də salınacaq.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: