8 ildir mənzillərinə köçüblər, amma çıxarış ala bilmirlər.
Xezerxeber.az xəbər verir ki, söhbət Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərindən gedir. Onlar iddia edir ki, tikinti şirkəti mənzillərinə çıxarış vermir
Sakinlər yaşadıqları binada qeydiyyatda olmadıqlarına görə, uşaqlarını ərazidə yerləşən məktəblərə göndərə, mənzillərin çıxarışı olmadığı üçün isə sata da bilmir.
Məsələyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən münasibət bildirilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: