Ərazilərə baxış keçirilir, şübhəli hissələr nəzarətə götürülür. Daha sonra isə lazımi tədbirlərə başlanılır.
Xezerxeber.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Ağdamın işğaldan azad olunan ərazilərinə media-tur təşkil edib. Media nümayəndələri rayonun Mərzili və Novruzlu kəndlərində aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar.
Fövqəladə Hallar Nazirliyi kənardan idarə edilən müasir minatəmizləyən robotlar da alıb. Bu robotlar işğaldan azad edilmiş ərazilərin piyada və tank əleyhinə minalardan təmizlənməsində istifadə olunur.
Mina axtarışına istehkamçılarla yanaşı, xüsusi təlim keçmiş itlər də qoşulub.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: