COP29-a hazırlaşan Azərbaycanda gələn il "Yaşıl dünya naminə həmrəylik ili"elan edilib.
Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunur ki, Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasə tinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadənin sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: