26 yaşlı gənc müəmmalı şəkildə dünyasını dəyişib.
Xezerxeber.az xəbər verir ki, hadisə Ağstafanın Aşağı kəsəmən kəndində baş verib. Kənd sakini Elməddin Hüseyovun meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisənin üstü bu gün sə hə r saatlarında qonşusunun Elmə ddini çağırmasından sonra açılıb. Çağırışlara heç kəsin cavab vermədiyini görən qonşu Elməddin Hüseynovun evinə gedib və orada onun meyitini aşkarlayıb.
Yaxınlarının sözlərinə görə, iki bacının bir qardaşı olan Elməddin Hüseynov subay olub və evdə tək yaşayıb. Bir neçə gün əvvəl isə onunla əlaqə itib.
Meyit müayinə olunmaq üçün Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Ağstafa regional mərkəzinə aparılıb. Aparılan araşdırmalardan sonra hadisənin dəqiq təfərrüatları məlum olacaq.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: