Dekabrın 13-də Qazax rayonunda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub.
Xezerxeber.az xəbər verir ki, proses zamanı Ermənistan tərəfindən Azərbaycanın 2 hərbi qulluqçusu - Hüseyn Axundov və Aqşin Bəbirov azad olunub.
Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verib.
Əsirlər hər iki tərəfdən xüsusi xidmət orqanları əməkdaşlarının müşayiəti ilə əraziyə gətirilib.
Təhvilvermə prosesində hər iki ölkənin müvafiq dövlət qurumlarının və beynəlxalq təşkilatların əməkdaşları iştirak ediblər.
Hüseyn Axundov və Aqşin Bəbirovun valideynləri öz təəssüratlarını "Xəzər Xəbər"lə bölüşüblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: