Xəzər Xəbər

Azad edilmiş ərazilərdə yüzminlərlə iş yeri açılacaq VİDEO

Veb TV | 20:23 • 13 Dekabr 2023
Azad edilmiş ərazilərdə yüzminlərlə iş yeri açılacaq

Xankəndidə peşə təhsili müəssisəsi açılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, Xankəndidə Qarabağ Universitetinin nəzdində açılması nəzərdə tutulan peşə məktəbinin yeri və ilkin planları var.

İşğaldan azad olunmuş ərazilərdə 8 peşə təhsil müəssisəsi isə yenidən qurulacaq.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev isə bildirib ki, "Böyük Qayıdış" proqramı çərçivəsində Füzulidə 1 şəhər və 10 kənd təhvil veriləcək. Onun sözlərinə görə, Ağdam-Füzuli avtomobil yolunun inşası gələn il yekunlaşacaq.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə ənənəvi suvarma üsulları qadağan olunmalı, damcı, çiləmə kimi müasir texnologiyalar tətbiq edilməlidir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, azad edilmiş ərazilərdə yüzminlərlə iş yerinin yaradılacağı gözlənilir.

Nazir müavini bildirib ki, həmin ərazilərdə sosial infrastrukturun qurulması və oraya qayıdan şəxslərin dayanıqlı məşğulluğu önəmlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024