Xaçmazda bir neçə gündür davam edən yağıntılar nəticəsində Tel kəndində küçələri və həyətləri sel basıb.
Xezerxeber.az-ın məlumatına görə, yağıntılar davam etdiyindən kənd sakinləri suyun evlərə dolma təhlükəsinin olduğunu bildiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun Tel kəndində 4 evin həyətyanı sahəsinə, Şimali kəndində isə, bir neçə küçəyə yağış suları dolub.
Rayon Fövqəladə hallar komissiyası tərəfindən əraziyə baxış keçirilib, hazırda FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: