Hacıqabulda Minik avtomobilinin hasara çırpılması ölümlə nəticələnib.
Xezerxeber.az-ın məlumatına görə, Şirvan sakini 58 yaşlı Elçin Məmmədov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və nəqliyyat vasitəsi uşaq bağçasının hasarına çırpılıb. Sürücü ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Ağstafada isə minik avtomobillərinin toqquşması ölümlə nəticələnib. Hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində 25 yaşlı İslam Məmmədzadə və 44 yaşlı Tariyel İsgəndərov müxtəlif bədən xəsarətləri alıblar. Onlar dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Tariyel İsgəndərov xəstəxanada dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: