Abşeronda 29 yaşlı qadın qətlə yetirilib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən axşam Fatmayi kəndində baş verib.
Arzu Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 62 yaşlı Eynulla Quliyevin kəsici-deşici alətlə Arzu Rəhimovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin müəllim olduğu deyilir.
Faktla bağlı cinayət işi başlanıb, Eynulla Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanıb.
Hazırda ibtidai istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: