50-ə yaxın dinləyici xarici dil kursunun onları aldatdığını iddia edir. Onların sözlərinə görə, sosial şəbəkələrdə reklam olunan xarici dil kursunda qeydiyyatdan keçiblər. Ödənişi də edərək dərsə çağırılacaqları günü gözləyiblər. Lakin bir neçə ay keçsə də, onlara heç bir dəvət gəlməyib.
Xezerxeber.az-ın məlumatına görə, şikaytəçilər bildiriblər ki, bir müddət sonra onlar kursdakı başqa bir müəllimə yönləndiriliblər və dərslər başlayıb. Lakin bu tədris cəmi 3 dərs davam edib. Həm də həddindən artıq dinləyici sayı ilə.
Şikayətçilər arasında akademiyada xarici dil tədris edən müəllimlər də var. Onlar da aylarla maaşlarının verilmədiyindən gileylənirlər.
Məsələ ilə bağlı akademiyanın rəhbəri Azər İsmayılovla əlaqə saxladıq. O, "Xəzər Xəbər"ə bildirdi ki, böyük dinləyici kütləsi olan tədris ocağında bəzən cüzi anlaşılmazlıqların yaranması normaldır. Bununla belə, sözügedən problemi həll etməyə çalışırlar.
Şikayətçilər məsələ ilə bağlı həm hüquq-mühafizə orqanlarına, həm də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: