Bakıda körpü çöküb, nəticədə yollarda sıxlıq yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, baş verən hadisə ilə bağlı səhər saatlarında ilk olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sürücülərin diqqətinə çatdırlıb ki, Əbdülvahab Salamzadə küçəsində körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və "Qələbə" dairəsində sıxlıq yaranıb.
Körpüdə yaranan problemə görə sürücülər uzun muddət yollarda gözləyiblər.
Məsələyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də münasibət bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: