Bakıda qudalar arasında dava olub. Hadisə ərazidəki təhlükəsizlik kamerasına düşüb.
Xezerxeber.az-ın məlumatına görə, onlar söhbət etdikləri vaxt qəfildən əlbəyxa davaya başlayıblar.
Bir neçə dəqiqə bu formada bir-birlərinə dayanmadan yumruqla zərbələr vurublar.
Görüntülər sosial şəbəkələrdə yayılıb və xeyli müzakirlərə səbəb olub. Məlumata görə, dava edən şəxslər qudadırlar.
Yaxınlıqda olan şəxslərdən biri onlara yaxınlaşaraq aranı sakitləşdirməyə çalışıb.
Amma sonradan tərəflərdən biri avtomobilə əyləşib və qohumunu maşınla vurub. Daha sonra avtomobildən düşərək yerə yıxılan şəxsə baxıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə bu ilin aprel ayında baş verib.
Qohumlar arasında davanın hansı səbəbdən baş verdiyi istintaqla araşdırılır. Araşdırmaların yekununda məsələyə hüquqi qiymət veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: