Bakının Nərimanov rayonu, Məsud Əliyev 140 ünvanında yolda yaranan çuxur sürücülər üçün təhlükəli vəzyyət yaradır.
Xezerxeber.az-ın məlumatına görə, bundan başqa, həm avtomobillərə ziyan dəyir, həm də ərazidə tıxac yaranır. Günlərdir yaşanan bu problem niyə öz həllini tapmır?
"Xəzər Xəbər"in vatsap qrupuna göndərilən bu videonun izi ilə deyilən ünvana üz tutduq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məsələ ilə bağlı bildirilib ki, kanalizasiya quyusuna kənardan qoşulma baş verib.
“Sonradan həmin hissəyə asfalt örtülüb. Çox güman ki, ərazidə sızıntı baş verib və çökmə yaranıb. Problem yaranan əraziyə araşdırma üçün artıq briqada göndərilib. Ərziyə baxış keçirləcək və yaranan problem aradan qaldırılacaq”, - deyə Agentlikdən bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: