Xəzər Xəbər

Bu cərimələr silinə bilər AÇIQLAMA/VİDEO

"Cərimələrin silinməsi büdcəyə mənfi təsir göstərməz"
Veb TV | 19:34 • 13 Dekabr 2023
Bu cərimələr silinə bilər

Koronavirus pandemiyası səbəbilə tətbiq edilən sərt karantin rejimi dövründə nəzərdə tutulmuş qaydalara əməl etmədiyinə görə minlərlə insan cərimələnmişdi. Maska taxmaq tələbini pozduğuna görə fiziki şəxslər üçün cərimə məbləği 50 manatdan 100 manata, vəzifəli şəxslər üçün 100 manatdan 200 manata, hüquqi şəxslər üçün isə 200 manatdan 400 manata qədər artırılmışdı. 

Bəs indiyə kimi ödənilməmiş cərimələr silinə bilərmi?

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən millət vəkili Azər Badamov deyib ki, hələ də cərimələrini ödəməyən insanlar var.

Onun sözlərinə görə, karantin dövründə tətbiq olunan cərimələrin silinməsi büdcəyə mənfi təsir göstərməz.

Azər Badamov bildirib ki, dövlətimizin atdığı humanist addımları nəzərə alsaq, müvafiq qərarla bu cərimələrin də silinməsi gözləniləndir.

Millət vəkili əlavə edilib ki, qonşu respublikalar - Gürcüstan və Türkiyədə də koronavirus pandemiyası ilə bağlı tətbiq olunmuş cərimələr silinib və bu təcrübəni ölkəmizdə də tətbiq etmək mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti