Məlumat verdiyimiz kimi, dekabrın 13-də Qazax rayonunda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub.
Xezerxeber.az xəbər verir ki, proses zamanı Ermənistan tərəfindən Azərbaycanın 2 hərbi qulluqçusu - Hüseyn Axundov və Aqşin Bəbirov azad olunub.
Azərbaycan tərəfi isə erməniəsilli 32 şəxsi qarşı tərəfə təhvil verib.
Aqşin Bəbirov azad olunandan sonra ilk dəfə jurnalistlərə açıqlama verib. Həmin açıqlamanı təqdim edirik: