Xəzər Xəbər

Separatçılarla bağlı vahid istintaq qrupu yaradılıb VİDEO

Veb TV | 21:38 • 12 Dekabr 2023
Separatçılarla bağlı vahid istintaq qrupu yaradılıb

Qarabağda saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, hazırda bütün istintaq hərəkətləri Azərbaycan qanunlarına, beynəlxalq konvensiyalara uyğun həyata keçirilir.

Baş prokuror Ermənistanda əsirlikdə olan hərbçilərimizin qaytarılmasından da danışıb.

Qeyd edək ki, iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Razılığa əsasən, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar