Qızılca xəstəliyi ilə bağlı təhsil müəssisələrində hər hansı qapanmaların baş verməsi gözlənilmir.
Xezerxeber.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, qızılcanın yayılmasında azalma müşahidə edilir. Bu səbəbdən də təhsil sisteminin distanta keçirilməsi ehtimalı yoxdur.
Bir daha belə bir vəziyyətlə üzləşməmək üçün nazir valideynlərə çağırış edib.
Emin Əmrullayev Samuxda məktəb direktoru ilə müəllim arasında yaranan insidentə də münasibət bildirib. Nazir həmin məsələ ilə bağlı araşdırma aparıldığnı qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: