Xəzər Xəbər

Rayonlara qatar reysləri mərhələli şəkildə bərpa olunacaq VİDEO

Veb TV | 21:27 • 12 Dekabr 2023
Rayonlara qatar reysləri mərhələli şəkildə bərpa olunacaq

Horadiz-Ağbənd dəmir yolu layihəsi 2025-ci ildə yekunlaşdırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib.

O bildirib ki, Qarabağda iki layihə həyata keçirilir. Bunlardan biri olan Bərdə-Ağdam layihəsinin artıq böyük hissəsi tamamlanıb. Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib. İşlərin bütövlükdə 85 faizi icra olunub. Qalan son işlər Təzəkənd, Köçərli və Bərdə stansiyaları ilə bağlıdır.

Rövşən Rüstəmov ölkəyə yeni qatarların gəitirilməsindən də danışıb. Onun sözlərinə görə, müqaviləyə əsasən 10 qatarın gətirilməsi nəzərdə tutulur ki, onlardan 4-ü bu ilin sonuna kimi ölkədə olacaq.

Sərnişindaşıma məsələsinə də toxunan ADY sədri bildirib ki, bu xidmətin pandemiyadan öncəki marşrutlar və istiqamətlər üzrə bərpası ilə bağlı 3 illik strateji plan hazırlanıb. Bu plana uyğun olaraq sərnişindaşımanın mərhələli şəkildə bərpası nəzərdə tutulub.

Rövşən Rüstəmov strateji istiqamətə uyğun olaraq Yevlax-Balakən xəttinin istifadəyə verilməsi üçün işlər görüldüyünü də açıqlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar