Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü qeyd edilir.
Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsi bu gün böyük izdihamla yad edilib.
Yaşından, peşəsindən və ya sosial statusundan asılı olmayaraq, minlərlə insan, anım günündə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Səhər saatlarından etibarən Fəxri xiyabana gedən yolda əsl insan izdihamı müşahidə edilib.
Fəxri xiyabana axışan insanlar Ulu Öndərin əziz xatirəsini anıb, ona sevgi və hörmətlərini ifadə ediblər.
Ziyarətə gələnlər Ulu Öndərin Azərbaycan dövlətçiliyinin tarixindəki əvəzsiz xidmətlərinə diqqət çəkiblər.
Ziyarət axşam saatlarına qədər davam edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: