Gələn ildən etibarən işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi intensivləşəcək.
Xezerxeber.az-ın məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. O, indiyə qədər sözügedən ərazilərə köçürülən əhalinin sayını açıqlayıb.
Emin Hüseynov bildirib ki, 2026-cı ilin sonunadək 16 min ailənin təkcə Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur. Ağdam şəhərinə də böyük qayıdış üçün işlər sürətlə davam etdirilir. Şəhərdə 5 məhəllənin inşası nəzərdə tutulur.
Emin Hüseynov əlavə edib ki, 2026-cı ilin sonunadək Ağdam və Füzuli şəhərləri ilə yanaşı, ümumilikdə 22 kənd bərpa olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: