Xəzər Xəbər

İlahiyyat Kollecinə il ərzində 20-25 nəfər qəbul ediləcək VİDEO

Veb TV | 20:23 • 12 Dekabr 2023
İlahiyyat Kollecinə il ərzində 20-25 nəfər qəbul ediləcək

Bakı İlahiyyat Kollecinə il ərzində 20-25 nəfərin qəbul edilməsi nəzərdə tutulub.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, dini sahədə kadr hazırlığı olduqca vacib məsələdir. Məscidlərimizdə dini ayinlərin idarə edilməsi Azərbaycan qanunvericiliyinə və milli adət-ənənələrə, islami dəyərlərə söykənməlidir. Başqa ölkələrin dövlət-din modeli bizə uyğun gəlmir.

Dövlət Komitəsinin sədri azad olunan ərazilərdəki məscidlərə din xadimi təyinatı barədə də danışıb. Bildirib ki, həmin yerlərdə dini abidələr bərpa olunur. "Bu yaxınlarda Şuşada Yuxarı Gövhər Ağa məscidinə imam təyin edilib. Digər məscidlərdə təmir bitdikdən sonra həmin ərazilərə müvafiq qurumların müraciəti ilə din xadimləri təyin olunacaq. Xankəndidəki məscidə din xadimi təyinatı ilə bağlı məsələyə də baxılır", - deyə Mübariz Qurbanlı əlavə edib.

Dövlət Komitəsinin sədri dini ayinlərin icrası üçün təyinat alan qadınlardan da danışıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti