Xəzər Xəbər

Bakıda yük maşını belə aşdı YENİLƏNİB/FOTO/VİDEO

Veb TV | 17:02 • 12 Dekabr 2023
Bakıda yük maşını belə aşdı

Baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

15:53

Yağışlı hava şəraitində yollarda diqqətli olmamaq, sürət həddinə əməl etməmək, xüsusilə də ara məsafəsi saxlamamaq yol-nəqliyyat hadisələrinin baş verməsini qaçılmaz edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Qeyd olunub ki, belə bir hadisə bu gün Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində baş verib. Məlumata görə, qəza səbəbindən hazırda “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Xəbər lenti