"Tərtər işi" Baş Prokurorluqda araşdırılır.
Xezerxeber.az-ın məlumatına görə, bunu hərbi prokuror Xanlar Vəliyev bildirib.
O deyib ki, istintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Xanlar Vəliyevin sözlərinə görə, hər il 98, 99 faiz hərbi cinayətlərin üstü açılır.
Hərbi prokuror əlavə edib ki, ötən illərlə müqayisədə hərbi cinayətlər azalıb. Bu ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 20 faiz, qəsdən adam öldürməyə cəhd cinayətləri 66,7 faiz, özünü öldürməyə cəhd hadisələri isə 75 faiz azalıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: