Xəzər Xəbər

COP29 gələn il Azərbaycanda keçiriləcək VİDEO

Veb TV | 21:12 • 11 Dekabr 2023
COP29 gələn il Azərbaycanda keçiriləcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.

Əvvəlcə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkəmizlə bağlı təqdimatla çıxış edib.

Sonra son illər Azərbaycanın mədəniyyətini, tarixini, təbiətini və qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra COP28-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti