Ali təhsilli Vətən müharibəsi iştirakçısı İbrahim Hüseynov Salyanda orta məktəbdə xadimə vəzifəsinə təyin olunub.
Xezerxeber.az xəbər verir ki, bu barədə deputat Fəzail Ağamalı sosial media hesabında paylaşım edib.
Bildirilib ki, Salyan rayonunun Kərimbəyli kənd sakini, ADPU-nun Psixologiya ixtisası üzrə məzunu olan İbrahim Hüseynov Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə vəzifəsinə təyin olunub.
Bu məlumat yayıldıqdan sonra cəmiyyət arasında birmənalı qarşılanmayıb.
İbrahim Hüseynov "Xəbər Ertəsi"nə bu məsələ ilə bağlı geniş açıqlama verib.
Xezerxeber.az onun açıqlamasını təqdim edir: