Kürdəmirdə 8-ci sinif şagirdinin ərə verildiyi iddia edilir.
Xezerxeber.az-ın məlumatına görə, hadisənin rayonun Muradxan kəndində yaşandığı deyilir.
14 yaşlı qızın babası yayılan məlumatları şərh edib.
Yeniyetmənin təhsildən yayınıb-yayınmaması, iddiaların nə qədər real olduğu Kürdəmir Rayon İcra Hakimiyyəti və polis tərəfindən araşdırılıb.
Bildirilib ki, təhsildən kənar qalmamasına mütəmadi nəzarət olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: