Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, içərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza güclü duman səbəbindən baş verib.
Şəkidə isə maşın qadını vurub. Salman Mümtaz küçəsində Samir Məmmədov idarə etdiyi avtomobil ilə yolu keçən piyada 53 yaşlı Arzu Abduləzizovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırmalara başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: