Dializ xəstələri seanslar arasında vaxtın çox olduğundan gileylənirlər.
Həftənin 3 günü onlara dializ seansı təyin edilir. Əgər sonuncu dializ xəstəyə 5-ci və yaxud 6 -cı gün təyin edilirsə, xəstə bundan sonra 2 gün yarım gözləməlidir.
Xezerxeber.az-ın məlumatına görə, bəzi dializ xəstələri isə bu qədər müddəti gözləyə bilmədiklərini deyirlər.
Mövzuya münasibət bildirən Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev “Xəzər Xəbər”ə müsahibəsində deyib ki, dünya təcrübəsində dializin tətbiq olunma müddəti xüsusi protokolla təsdiqlənir. Bu, həftədə 3 dəfədən artıq ola bilməz.
Fariz Babayev qeyd edib ki, böyrək çatışmazlığı xəstələliyindən əziyyət çəkən şəxslər seansını vaxtında almalı, mütəxəssislər tərəfindən təyin olunan rejimə ciddi əməl etməlidir.
O, xəstələrin dializlə təminatı məsələsində əvvəlki illərlə müqayisədə ciddi problem olmadığını desə də, əlavə edib ki, Bakıda xəstə sayı regionlara nisbətən çoxdur.
Hazırda Azərbaycanda 51 dializ mərkəzi fəaiyyət göstərir. Bu mərkəzlərdə 3072 xəstə dövlət hesabına dializlə təmin olunub. Dializ xəstələrinin təminatı tam dövlət tərəfindən aparılır. Bir dializ xəstəsi 140 seans müalicə qəbul edir və bunun bir nəfəlik xərci illik 13 500 manat hesablanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: