Samuxda məktəb direktorunun müəllimi döydüyü iddia edilir.
Xezerxeber.az-ın məlumatına görə, xoşagəlməz hadisə Samux rayonu, Qarayeri qəsəbəsindəki 2 nömrəli tam orta məktəbdə baş verib.
İbtidai sinif müəllimi Şəhla Quliyeva iddia edir ki, məktəbin yeni direktoru vəzifəyə təyin olunduğu gündən etibarən onunla kobud davranıb. Sonuncu mübahisə isə xoşagəlməz halla nəticələnib.
Hadisəyə şahid olan əməkdaşlar kamera qarşısında danışmaq istəməsələr də, şagirdlər gördüklərini dilə gətirməkdən çəkinmədilər.
Məktəbin direktoru Şahin Məmmədov isə deyilənləri böhtan adlandırır.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: