Kollec təhsili olan mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək.
Xezerxeber.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bundan sonra bu sahədə yeni model tətbiq olunacaq. İndiyə qədər çalışanlar işlərini davam etdirəcəklər.
Emin Əmrullayev qeyd edib ki, gələn ilin sentyabr ayından bağçalarda dövlət-özəl əməkdaşlığının pilot layihə şəklində tətbiqi nəzərdə tutulur.
Nazir kiçik kəndlərdə məktəbəqədər təhsillə bağlı yeni layihənin hazırlandığını diqqətə çatdırıb.
Emin Əmrullayev əlavə edib ki, məktəbəhazırlıq qruplarında təhsil alanlar da PİSA beyəlxalq qiymətləndirmə tədqiqatına cəlb olunacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: