Gürcüstan-Azərbaycan sərhədində sıxlıq yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, günlərdir növbə gözləyirlər.
Beynəlxalq yükdaşıma ilə məşğul olan TIR sürücüləri gecəni nəqliyyat vasitələrində, avtomobil parklarında gecələyirlər.
Gürcüstan-Azərbaycan sərhədində, "Qırmızı Körpü" gömrük-sərhəd buraxılş məntəqəsində avtomobil tıxacının uzunluğu kilometrlərlə davam edir.
"Qırmızı Körpü" gömrük-sərhəd buraxılş məntəqəsindən “Xəzər Xəbər”ə bildirilib ki, bir saat ərzində 10-20 yük avtomobilinin keçidini təşkil edilir. Gün ərzində isə 400 -450 avtomobil qarşı tərəfə keçir. Hazırda iki ölkə arasındakı keçid məntəqəsinin neytral ərazisində də tıxac müşahidə olunur.
Yerüstü Nəqliyyat Agentliyinin gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumatına əsasən, "Astara" gömrük postunda 254, "Biləsuvar" gömrük postunda 90, "Qırmızı Körpü" gömrük postunda 1000, "Mazımqara" gömrük postunda 50, "Samur" gömrük postunda 56 və "Xanoba" gömrük postunda 13 yük maşını var. Gürcüstan-Azərbaycan sərhəddə sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı "Yuxarı Lars" gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: