Xəzər Xəbər

Polis pirotexniki vasitələr satanlara xəbərdarlıq edib VİDEO

Veb TV | 20:43 • 10 Dekabr 2023
Polis pirotexniki vasitələr satanlara xəbərdarlıq edib

Xəbərdarlıqlara baxmayaraq hər il yeni il bayramı öncəsi bəzi sahibkarlar qanunsuz yollarla əldə etdikləri pirotexniki vasitələrin satışını həyta keçirirlər.

Pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar ən çox paytaxtın böyük ticarət mərkəzlərində pərakəndə formada satılır. Bunu, hər il Daxili İşlər Nazirliyi tərəfindən aşkar edilən faktlar deməyə əsas verir.

Bəs ticarət obyektlərinin rəhbərləri bu cür sahibkarlara qarşı hansı qabağlayıcı tədbirlər görürlər?

Xezerxeber.az-ın məlumatına görə, ''Sədərək'' ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim deyib ki, sahibkarlara obyekt icarəyə verilərkən müqavilə bağlanır. Müqavilədə qeyd edilir ki, qanunla satışı qadağan edilən maddə və vasitələrin satışı aparıla bilməz.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə deyib ki, vətəndaşlar da bu işdə polisə dəstək olmalıdırlar. Polis əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə səbəb olan pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışı onların həyat və sağlamlıqları üçün olduqca təhlükəlidir.

Qeyd edək ki, pirotexniki vasitələrin satışını təşikil etdiyi üçün, mallar müsadirə edilməklə, fiziki şəxslər 350-500, vəzifəli şəxslər 1650-2200, hüquqi şəxslər isə 4000-5000 manata qədər inzibati qaydada cərimə edilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar