Azərbaycan yaxın günlərdə Rusiyaya yumurta ixrac edəcək.
Xezerxeber.az-ın məlumatına görə, Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, qonşu ölkəyə ərazaqlıq yumurtanın ixracı yaxın günlərdə başlayacaq.
Onun sözlərinə görə, Rusiya 10 quşçuluq müəssisəsindən 6-nı reyestrdən keçirib və sənədləşdirib.
Assosiasiya sədri deyib ki, Azərbaycan quşçuları həm Rusiyanı, həm də yerli bazarı süfrə yumurtası ilə təmin edə biləcəklər.
Mürvət Həsənli qeyd edib ki, qonşu ölkəyə ayda 20-30 milyon civarında yumurtanın göndəriləcəyi proqnozlaşdırılır. O, Rusiyaya yumurta ixracının ölkədə bu məhsulun bahalaşmasına səbəb olub-olmayacağı məsələsinə də toxunub.
Assosiasiya sədri əlavə edib ki, yumurtanın bahalaşması yemin qiymətindən asılıdır. İndiki vəziyyətə görə isə qiymətlərdə artım gözlənilmir. Ölkədə yaxın aylarda yumurta istehsalının 130-170 faiz arasında artacağı gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: