Xəstəxanada cərrahiyə əməliyyatının “TikTok” sosial şəbəkəsi üzərindən canlı yayımlanması narazılığa səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, həkim xəstəni əməliyyat edən zaman digər şəxs tərəfindən "TikTok" platformasında canlı yayım açılıb.
Bütün bunlar sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bunu steril mühitin pozulması, pasiyentin sağlamlığının riskə atılması, özəl tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri - peşəkar yanaşması kimi qiymətləndiriblər.
Həmin əməliyyatı icra edən həkim Elmir Qəhrəmanlı "Xəzər Xəbər"ə danışıb.
Həkim bildirib ki, canlı yayımın açılması ilə steril mühitin pozulması halı baş verməyib.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli "Xəzər Xəbər"ə bildirib ki, belə davranış həkimlərin etik davranış kodeksinə ziddir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: