Zəlzələ baş verir və Xəzərin dibi öz quruluşunu dəyişir. Yarğanlar, çuxurlar, dərin çalalar əmələ gəlir ki, bu da, xüsusilə yay aylarında hər birimiz üçün təhlükə deməkdir. Ona görə də dənizə gedərkən diqqətli olmalıyıq.
Bəlkə də elə bunun nəticəsidir ki, son bir neçə ildə yayda dənizdə batanların sayı xeyli artıb. Çimdiyi ərazidən 1 metr kənarda batma təhlükəsi ilə üzləşənlər də az olmayıb.
Xezerxeber.az-ın məlumatına görə, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev deyir ki, hər dəfə zəlzələdən sonra Xəzərin dibinin quruluşu dəyişikliyə məruz qalır.
Onu sözlərinə görə, Xəzərin dibində çox sayda müxtəlif tektonik qırılmalar, mikro - meqa bloklar var. Yəni dənizin dibi mürəkkəb bir struktura malikdir.
Qulam Babayev bildirir ki, bloklardakı oyanmalar bu ildən başlayıb və 2024-cu ildə də müşahidə olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: