Gəncədə ikimərtəbəli tikilinin aqlay üzlükləri uçub, nəticədə yoldan keçən piyada ağır xəsarətlər alıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.
İxtisasca həkim olan 70 yaşlı Əşrəf Əşrəfov piyada işə gedərkən qəflətən üzərinə daş üzlüklər tökülüb.
Dərhal Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasına yerləşdirilən yaralının ciddi xəsarətlər aldığı məlum olub.
Əşrəf Əşrəfov uzun müddət hazırda müalicə olunduğu Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasında həkim-terapevt kimi çalışıb.
Qeyd edək ki, Gəncədə daha əvvəl də bənzər səbəblərdən sakinlərin xəsarət alması ilə nəticələnən hadisələr baş verib. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: