Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında olan razılaşmaya əsasən əsirlikdə və həbsdə olan hərbçilər qarşılıqlı surətdə azad ediləcək. Ermənistanda əsir saxlanılan və saxta ittihamlarla həbs edilən hərbçilər - Aqşin Bəbirov və Hüseyn Axundov da vətənə qayıdacaqlar.
Şəlalə Axundovadan oğlu Hüseynin əsir götürüldüyü 8 ay ərzində çox müsahibə almışıq. O da hər dəfə danışanda göz yaşları içərisində ümidli olduğunu, Hüseynin qayıdacağına inandığını deyirdi. Nəhayət onun arzuları gerçəkləşdi. Oğlu Hüseyn Axundov tezliklə evinə qayıdır.
Şəlalə ana deyir ki, gözünü qapıya dikib. Çünki oğlu Hüseyn hər an qapıdan içəri girə bilər.
Xatırladaq ki, Aqşin Bəbirov və Hüseyn Axundov bu ilin aprel ayında Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində, əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Daha sonra Ermənistan onları əsir götürüb və hərbçilərə qarşı saxta ittihamlar irəli sürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: