Ötən gecə paytaxtın Xətai rayonundakı kafelərdən birində qonşular arasında dava baş verib.
Xezerxeber.az-ın məlumatına görə, polisə məlumat daxil olub ki, Elşad Rəfiyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ərazi üzrə 36-cı polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri ilə bu cinayəti törətməkdə şübhəli bilinən 64 yaşlı Tahir Qarayevi saxlayıblar.
Obyektin sahibi deyib ki, həmin şəxslər onun daimi müştəriləridir.
Elşad Rəfiyevə xəstəxanada ilkin yardım edilib, onun həyatı təhlükəsi yoxdur.
Rayon polis idarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən Tahir Qarayevi hadisə yerinə gətirərək istintaq çəkilişi də ediblər. Məlumatlara görə, həmin şəxslər qonşu olublar, əvvəldən aralarında mübahisə baş verib. Hadisəyə səbəb də budur.
Faktla bağlı Xətai rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: