Növbədənkənar prezident seçkilərinin təyin edilməsi ölkə başçısının konstitusion hüququdur. Bu, dünya siyasətində, xüsusilə bir sıra qabaqcıl ölkələrdə geniş yayılan yanaşmadır. Britaniya, İsrail, həmçinin ötən il Qazaxıstanda, bu il isə Özbəkistanda növbədənkənar seçkilər baş tutdu.
Bunu millət vəkili Rasim Musabəyov bildirib.
O deyib ki, bu gün ən böyük missiya hesab edilən Azərbaycan ərazi bütövlüyü və suverenliyinin tam bərpası prosesi artıq başa çatmış hesab edilir.
2018- ci ildə Prezident seçilən İlham Əliyev xalqın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyünün bərpası prosesinin son mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirlərilə isə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpası olundu.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası həm regionda, həm də ölkədə yeni reallıqlar yaradıb.
Qeyd edək ki, növbəti ilin fevral ayının 7-ə təyin edilən prezident seçkiləri müstəqil Azərbaycanın tarixində bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: