Sığınacaqda qalan 40-a yaxın uşaq qızılcaya yoluxub.
Xezerxeber.az-ın məlumatına görə, kütləvi yoluxma Bakıda, Uşaqlar Birliyinin sığınacağında qeydə alınıb.
Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, 3 həftəyə yaxındır ki, sığınacaqda olan uşaqlarda qızılca xəstəliyinin əlamətləri müşahidə edilir. Ayrı-ayrı vaxtlarda bu xəstəliyə yoluxan uşaqlar paytaxtdakı müxtəlif xəstəxanalara yerləşdiriliblər.
Kəmalə Ağazadə bildirib ki, yoluxanların əksəriyyəti 5 yaşadək olan körpələrdir və uşaqların çoxu peyvənd olunmayıb. Qızılca aşkarlanan uşaqların əksəriyyəti 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicə alır. Onlardan dünən gecə və bu gün səhər xəstəxanaya yerləşdirlən uşaqların vəziyyəti orta-ağır, 14 yaşlı bir qızın vəziyyəti isə ağırdır.
1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının həkim - infeksionisti Sevda Məmmədova isə bildirib ki, tibb müəssisəsinə sığınacaqdan ümumilikdə 18 uşaq gətirilib. Onlardan 8-i artıq evə buraxılıb.
Sevda Məmmədova onu da əlavə edib ki, hazırda 1 saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasında ümumulikdə 125 uşaq qızılcaya qarşı müalicə alır. Peyvənd olunmayan uşaqlar xəstəliyi daha ağır keçirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: