Bakıda qadın yolu piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçib. Nəticədə hərəkətin intensiv olduğu yolda avtomobil onu vurub.
Xezerxeber.az-ın məlumatına görə, piyadanın ölümü ilə nəticələnən dəhşətli qəza paytaxtın 8 noyabr prospektində qeydə alınıb.
Ərazidə çəkiliş apararkən biz də yerüstü piyada keçidlərindən istifadəyə etməyən vətəndaşlarla qarşılaşdıq.
Xatırladaq ki, bu ilin 10 ayı ərzində piyadaların iştirakı ilə 505 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 262 nəfər həlak olub, 273 nəfər xəsarət alıb.
Qeyd edək ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat, sürət həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yollarda isə 40 manat məbləğində inzibati cərimə tətbiq olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: