Xəzər Xəbər

Azərbaycanlı ekspert İrəvanda - Telman Qasımov təəssüratlarını ''Xəzər Xəbər''lə bölüşüb VİDEO

Veb TV | 19:34 • 5 Dekabr 2023
Azərbaycanlı ekspert İrəvanda -  Telman Qasımov təəssüratlarını ''Xəzər Xəbər''lə bölüşüb

Əslən İrəvandan olan azərbaycanlı hərbi-siyası ekspert Telman Qasımov 35 ildən sonra doğma şəhərinə gedib.

O, İrəvan səfəri ilə bağlı təəssüratlarını ''Xəzər Xəbər''lə bölüşüb.

Telman Qasımov 17 yaşına qədər yaşadığı İrəvanın Komitas küçəsi, 5A ünvanında yerləşən evlərinin qarşısına qədər gedib. Videoçəkiliş zamanı ekspert Azərbaycan dilində yox, erməni dilində danışır ki, ətrafdakı insanların diqqətini çəkməsin.

Uşaqlığını qədim Azərbaycan şəhəri olan İrəvanda keçirən Telman Qasımov deyib ki, hazırda şəhərdə ab-hava, əhalinin sosial vəziyyəti çox acınacaqlıdır.  

Telman Qasımov onu da əlavə edib ki, ölkənin ən böyük şəhəri hesab edilən İrəvanda işıqlar da tez-tez sönür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti